Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) cüdo üzrə qadınlardan ibarət milli komandasının Zaqatalada təlim-məşq toplanışına başlayıb.
İyunun 30-da start götürən hazırlıqda paracüdoçularımız baş məşqçi, Paralimpiya çempionu Ramin İbrahimovun rəhbərliyi altında iştirak edirlər. Hazırlıq prosesi iyulun 10-dək davam edəcək.
Təlim-məşq toplanışı Tokio-2020 Yay Paralimpiya Oyunlarına hazırlıq məqsədi daşıyır.
Qeyd edək ki, qadın paracüdoçularımızdan Şəhanə Hacıyeva (48 kq), Bəsti Səfərova (52 kq), Sevda Vəliyeva (57 kq), Xanım Hüseynova (63 kq) və Dürsədəf Kərimova (70 kq-dan yuxarı) artıq “Tokio-2020”yə lisenziya qazanıblar.