Amerikalı atlet Şakarri Ricardson Tokioda keçiriləcək Olimpiya Oyunlarını buraxmaq təhlükəsi ilə üz-üzə qalıb. Belə ki, 100 metrlik məsadəfə favoritlər arasında olan xanım atletin orqanizmdə qadağan olunmuş maddələri yoxlamaq üçün verdiyi testin nəticəsi müsbət olub. Məlumata görə, idmançının dopinq testində kannabisin izləri aşkar edilib. Bu maddə isə Ümumdünya Antidopinq Agentiliyi (WADA) tərəfində qadağan edilib. Lakin idmançının qəbul etdiyi maddənin onun idman nailiyyətlərinə təsirini olmadığı sübuta yetirilərsə, o, qaydaya uyğun olaraq 4 il deyil, yalnız 3 ay yarışlardan uzaqlaşdırılacaq.
Qeyd edək ki, ötən ay Ş.Ricardson 100 metrlik məsafəni 10,86 saniyəyə qəth edərək ABŞ çempionatının qalibi olub.
Atletika üzrə Olimpiya Oyunlarının favoriti yarışları buraxa bilər