Vəhşicəsinə döyülərək öldürülən idman ustasının qatilləri cəzalandırıldı

Vəhşicəsinə döyülərək öldürülən idman ustasının qatilləri cəzalandırıldı

2019-cu ildə Krasnoyarsk (Rusiya) şəhərində biatlon üzrə idman ustası Dmitri Sisiqini ölənə qədər döyən iki şəxsə 14,5 il həbs cəzası verilib. Bildirək ki, Krasnoyarsk Mərkəzi rayon Məhkəməsi yarım saatdan çox davam edən hökmün nəticəsini açıqlayıb. Belə ki, hər iki təqsirləndirilən şəxs 14,5 il ciddi koloniya rejimində cəzasını çəkəcək. Bundan əlavə, məhkumlardan mülki iddia çərçivəsində 5,4 milyon rubl  təzminat tələb ediləcək.

Xatırladaq ki, münaqişə 2019-cu il sentyabrın 14-dən 15-nə keçən gecə baş verib. Sözlə başlayan münaqişə onun iştirakçıları üçün ağır nəticələnən dava ilə yekunlaşdı. Beləliklə, biatlon üzrə idman ustası olan Dmitri Sisiqin 22 gün komada qaldıqdan sonra dünyasını dəyişdi.