Çingiz Hüseynzadə “Açılış mərasimində bayrağı kişi və qadın idmançıların birgə daşıması məcburi tələb deyil”

Çingiz Hüseynzadə “Açılış mərasimində bayrağı kişi və qadın idmançıların birgə daşıması məcburi tələb deyil”

Milli Olimpiya Komitəsi (MOK) Tokio-2020 Yay Olimpiya Oyunlarında bayraqdar funksiyasını kişi və qadın idmançıların birgə yerinə yetirəcəyinə dair xəbərləri şərh edib.

MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə bunun məcburi tələb olmadığını bildirib. Onun sözlərinə görə, hər hansı dəyişiklik olarsa, idmansevərlərə əlavə məlumat veriləcək: "Bu gün dəqiq olan budur ki, Azərbaycanın bayraqdarı Rüstəm Orucovdur. Açılış mərasimində bayrağı kişi və qadın idmançıların birgə daşıması məcburi tələb deyil. Hər hansı dəyişiklik olsa, idmansevərlər bilgiləndiriləcək".

Qeyd edək ki, Rusiya Olimpiya Komitəsinin prezidenti Stanislav Podznyakov bu ildən olimpiadada ilk dəfə bayrağı həm kişi, həm də qadının daşıyacağını açıqlayıb.