Tokioda Olimpiya Oyunlarının təşkilatçıları açılış mərasimində və yarışlarda tamaşaçıların məhdudlaşdırılması ilə bağlı növbəti düzəlişlər ediblər. Məlumata görə, Milli Stadionda açılış mərasimi və irimiqyaslı tədbirlər tamaşaçıların iştirakı olmadan keçiriləcək. Yeganə istisna Beynəlxalq Olimpiya Komitəsinin nümayəndələridir.
Nümayəndələrin sayının isə 10 min nəfər olacağı təxmin edilir. Lakin təşkilatçılar onların sayında da azaltma aparmaq niyyətindədirlər. Bu barədə iyulun 8-nə planlaşdırılan yekun iclasda rəsmi məlumat veriləcəyi gözlənilir.
Milli stadiondan kənarda keçiriləcək tədbirlərdə və yarışlarda tamaşaçıların iştirakına icazə verilir.
Təşkilatçılar Olimpiya Oyunlarının açılış mərasiminə dəyişiklik etdi