Qrossmeysterimiz üçün daha üç partiya

Qrossmeysterimiz üçün daha üç partiya

Ötən gün “Grand Chess Tour” şahmat seriyasının üçüncü mərhələsi start götürüb. Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən "Croatia Grand Chess Tour" adlı rapid turnirində Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ilk üç turda mübarizə aparıb. Şahmatçımız birinci turda fransalı Maksim Vaşye-Laqrava qalib gəlib. İkinci turda rusiyalı Yan Nepomnyaşiyə məğlub olan Ş.Məmmədyarov üçüncü qarşılaşmada ukraynalı Anton Korobovla heç-heçə edib.

Bu gün "Croatia Grand Chess Tour”da növbəti turun partiyaları oynanılacaq.

Qrossmeysterimiz növbəti qarşılaşmalarda ağ fiqurlarla keçmiş dünya çempionu, hindistanlı Vişvanatan Anand, qara fiqurlarla rusiyalı Aleksandr Qrişuka qarşı mübarizə aparacaq. Günün sonuncu görüşündə isə şahmatçımız Polşa təmsilçisi Yan-Kşiştov Duda ilə üz-üzə gələcək.
Xatırladaq ki, Ş.Məmmədyarov seriyanın birinci yarışı "Superbet Chess Classic Romania"nın qalibi olub.

​