“Dəmir yumruq” komandası xatirə turnirinin qalibi oldu 

“Dəmir yumruq” komandası xatirə turnirinin qalibi oldu 

Yasamal rayon Gənclər və İdman İdarəsinin və 2 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin birgə təşkilatçılığı ilə keçirilmiş Vətən müharibəsi iştirakçısı “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş şəhid baş leytenant Natiq Baxşəliyevin xatirəsinə həsr edilmiş mini-futbol üzrə turnirin final oyunu və qaliblərin​ mükafatlandırılma​ mərasimi​ təşkil edilib.

Gənclərdən təşkil olunmuş “Dəmir yumruq” və “Fatehlər” komandaları arasında baş tutan gərgin final oyunu 5:3 hesabı ilə “Dəmir yumruq” komandasının qələbəsi ilə yekunlaşıb. Final oyunundan sonra qalib komandaların mükafatlandırılma mərasimi keçirilib.

​ Mərasimi Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov açıq elan etdikdən sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Vətən müharibəsində həlak olmuş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. İlham Səfərov çıxışında bildirdi ki, Vətən müharibəsində müzəffər ordumuzun Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunmasında qəhrəmanlıq göstərmiş şəhidlərimizin xatirəsini yaşatmaq və yetişməkdə olan gənc nəslin nümayəndələri arasında təbliğ etmək məqsədilə təsdiq olunmuş xüsusi tədbirlər planına müvafiq olaraq, idarə tərəfindən bir sıra tədbirlər həyata keçirilməkdədir. 44 günlük Vətən müharibəsində qəhrəmanlıq nümayiş etdirmiş və şəhidlik zirvəsinə ucalmış oğullarımızdan biri də Natiq Baxşəliyevdir. Baş leytenant Natiq Baxşəliyev Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra​ medallarla təltif olunub.

Tədbirdə millət vəkili Səbinə Xasayeva, Yasamal rayon İcra Hakimiyyəti başçısının birinci müavini​ Hüseyn​ Əfəndiyev, Yasamal rayon İcra Hakimiyyəti Başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir İsmiyev, 2 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin direktoru Əjdər Cəfərov, Yasamal rayon Ağsaqqallar Şurasının sədri Cavanşir Qurbanov, “Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Yasamal rayon Təşkilatının sədri Bəhram Şeydayev, kikboksinq​ üzrə dünya çempionu​ Eduard Məmmədov çıxış edərək, Vətən müharibəsində əldə etdiyimiz tarixi qələbənin önəmindən, şəhidlərimizin xatirəsinin xalqımızın qəlbində daima yaşayacağından söz açıblar.

Sonda şəhid baş leytenant Natiq Baxşəliyevin həyat​ yoldaşı Gülnaz Baxşəliyeva çıxış edərək, Natiqin xatirəsinə həsr olunmuş turnirin təşkilatçılarına şəxsən öz adından və şəhidin ailəsi adından minnətdarlığını bildirmiş, onlara yeni-yeni uğurlar arzu edib. O, Natiqin keçdiyi şərəfli döyüş yolundan söz açmış, gənclərə​ mərd​ və​ vətənpərvər​ olmağı, vətənimiz Azərbaycanı​ canları qədər​ sevməyi​ arzulayıb.

“Dəmir yumruq” komandası xatirə turnirinin qalibi oldu  “Dəmir yumruq” komandası xatirə turnirinin qalibi oldu  “Dəmir yumruq” komandası xatirə turnirinin qalibi oldu  “Dəmir yumruq” komandası xatirə turnirinin qalibi oldu  “Dəmir yumruq” komandası xatirə turnirinin qalibi oldu  “Dəmir yumruq” komandası xatirə turnirinin qalibi oldu  “Dəmir yumruq” komandası xatirə turnirinin qalibi oldu  “Dəmir yumruq” komandası xatirə turnirinin qalibi oldu