Bu gün “Grand Chess Tour” şahmat seriyasının üçüncü mərhələsinin - Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən "Croatia Grand Chess Tour”un rapid turnirində sonuncu turun partiyaları oynanılacaq.
Şəhriyar Məmmədyarov 7-ci turda İvan Sariç (Xorvatiya) ilə qarşılaşacaq. Şahmatçımızın 8-ci və 9-cu turlarda rəqibləri Niderland təmsilçiləri olacaqlar. Belə ki, o, müvafiq olaraq Aniş Giri və Yorden Van Forest ilə üz-üzə gələcək.
Ötən 6 turun nəticəsinə görə, Ş.Məmmədyarov 5 xalla yeddinci pillədə qərarlaşıb.
Xatırladaq ki, Şəhriyar Məmmədyarov seriyanın birinci yarışının - "Superbet Chess Classic Romania"nın qalibi olub.