Bu gün Tokio-2020-də cüdo yarışlarına start verilib. 1/16 finaldan mübarizəyə qoşulmuş cüdoçumuz Kəramət Hüseynov (60 kq) Eşli Makkenzi (Böyük Britaniya) üzərində qələbə qazansa da, səkkizdəbir finalda gürcüstanlı Luxumi Çxvimianiyə məğlub olaraq mübarizəni dayandırıb.
Digər təmsilçimiz Aişə Qurbanlı (48 kq) isə startda Katarina Kostaya uduzub.
Qeyd edək ki, Azərbaycan tarixdə ilk dəfə olaraq Olimpiya Oyunlarında 9 cüdoçu ilə təmsil olunur. Olimpiadada cüdo yarışları iyulun 31-də yekunlaşacaq.