Boksçunun heykəli muzeyə qoyulub

Boksçunun heykəli muzeyə qoyulub

WBO və WBC versiyası üzrə dünya çempionu, məşhur boksçu Vitali Kliçkonun heykəli Hamburqda (Almaniya) muzeyə qoyulub. Heykəl elə düzəldilib ki, sanki Vitali Kliçko növbəti döyüşünü keçirmək üçün rinqə çıxmağa hazırlaşır. Muzeyin direktoru Xayo Ferberin dediyinə görə, ukraynalı boksçunun boyuna uyğun hazırlanan heykəlin üzərində 2 il iş aparılıb.
"Heykəltəraşlar əllərindən gələni etdilər ki, Vitalinin bütün cizgiləri əhatə olunsun. Heykəl çox əla hazırlanıb və muzeyimizin bəzəyinə çevriləcək”, - deyə Ferberin bildirib. Kliçkonun heykəli əfsanəvi alman boksçu Maks Şmelinqin heyəkilin yanında qoyulub. Məlumat üçün deyək ki, Vitali Kliçko kikboksinq üzrə altıqat dünya çempionu, həvəskarlar arasında üçqat Ukrayna çempionu titullarının da sahibidir.