Tokio Olimpiadasında atletika yarışlrı davam edir. Türkiyəni təmsil edən azərbaycanlı atlet Ramil Quliyev Tokio-2020-də qüvvəsini sınayır. 200 metr məsafəyə qaçış yarışlarında mübarizə aparan həmyerlimiz təsnifat mərhələsində finişə 20.54 saniyə göstərici ilə ikinci çatıb. Bu nəticə R.Quliyevin yarımfinala yüksəlməsinə imkan verib. Yarımfinal mərhələsi Bakı vaxtı ilə saat 15:50-də start götürəcək.