Tokio-2020-də atletika yarışları davam edir. Bu gün mübarizəyə Türkiyəni təmsil edən azərbaycanlı atlet Ramil Quliyev də başlayıb. Oyunlarda 200 metr məsafəyə qaçış yarışlarında çıxış edən R.Quliyev yarımfinala vəsiqə qazansa da uğurunun ardını gətirə bilməyib. Belə ki, 31 yaşlı atlet yarımfinal mərhələsində finişə 20.31 saniyə ilə 6-cı çatıb. Bu nəticə Ramil Quliyevin finala vəsiqə qazanması üçün yetərli olmayıb.