Rafael Ağayevin rəqibləri müəyyənləşdi

Rafael Ağayevin rəqibləri müəyyənləşdi

Bu gün Tokio-2020 Yay Olimpiya Oyunlarında karetə yarışlarında iştirak edəcək idmançılarımızını rəqibləri müəyyənləşib. Beşqat dünya və onbirqat Avropa çempionumuz Rafael Ağayev 75 kq çəki dərəcəsində B qrupunda mübarizə aparacaq.
Karateçimiz bu qrupda Luici Busa (İtaliya), Noa Biç (Almaniya), Tsuneari Yahiro (Avstraliya) və Nurqanad Ajikanovla (Qazaxıstan) birlikdə yarışacaq.
Qeyd edək ki, reqlamentə əsasən qrupda ilk iki sıranı tutan idmançı yarımfinala vəsiqə qazanır. Həmin idmançı bununla yanaşı, bürünc medalı da birbaşa özü üçün təmin edəcək. Görüşlər avqustun 6-da baş tutacaq.