Bu gün şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VIII mərhələsi olan "Chessable Masters"də 1/4 finalın digər görüşləri keçiriləcək.
Ölkəmizin turnirdəki yeganə təmsilçisi Şəhriyar Məmmədyarov bu mərhələdə ermənistanlı Levon Aronyanla qarşılaşacaq.
36 yaşlı qrossmeysterimiz ilk oyun günündə rəqibinə 0,5:2,5 hesabı ilə məğlub olmuşdu. Ş.Məmmədyarov bu gün rəqibinə qalib gəlsə, tay-breyk oynanılacaq.
Qeyd edək ki, avqustun 8-də başa çatacaq yarışın ümumi mükafat fondu 100 min ABŞ dolları təşkil edir. Qalib şahmatçı 30 min ABŞ dolları əldə edəcək.