Atlet dünya rekordunu yeniləyərək Tokio-2020-nin qalibi oldu
 

Atlet dünya rekordunu yeniləyərək Tokio-2020-nin qalibi oldu  

Tokio-2020 XXXII Yay Olimpiya Oyunlarının atletika yarışları davam edir. Bu gün gün keçirilən atletika üzrə qadınların maneələrlə 400 m məsafəyə qaçış yarışında mükafatçıların adlarına aydınlıq gəlib. Birinci yerə ABŞ təmsilçisi Sidni Maklaflin layiq görülüb. O, qızıl medalı dünya rekordunu yeniləyərək (51.46) qazanıb. Onun həmyerlisi Dalayla Muhammad (51.58) ikinci yeri tutub. Niderland təmsilçisi Femke Bol (52.03) isə bürünc medala sahib çıxıb. Qeyd edək ki, ABŞ-lı idmançı Sidni Maklaflin daha öncə də bu növdə dünya rekorduna (51.90) nail olmuşdu.