Karateçimiz Tokio-2020-də mübarizəni dayandırdı 

Karateçimiz Tokio-2020-də mübarizəni dayandırdı 

Tokio-2020 XXXII Yay Olimpiya Oyunları davam edir. Bu gün olimpiada çərçivəsində karate yarışlarına start verilib.  
Karateçilərimizdən ilk olaraq Firdovsi Fərzəliyev (67 kq) mübarizəyə başlayıb. A qrupunda yer alan idmançımız ilk görüşdə türkiyəli Eray Şamdanla qarşılaşıb. Təmsilçimiz görüşü 1:7 hesabı ilə məğlub başa vurub. F.Fərzəliyev növbəti görüşünü yaponiyalı Naoto Saqoya qarşı keçirib. Karateçimiz bu görüşdə rəqibinə minimal fərqlə qalib gəlib -1:0. İdmançımız üçüncü görüşünü qazaxıstanlı Darxan Assadılova qarşı keçirib. F.Fərzəliyev bu görüşdə rəqibinə 2:6 hesabı ilə məğlub olub. 
İdmançımız A qrupunda sonuncu görüşünü misirli Əli Elsavi  ilə qarşılaşıb. Firdovsi Fərzəliyev bu qarşılaşmada rəqibinə 0:1 hesabı ilə məğlub olub. Beləliklə, karateçimiz A qrupunda keçirdiyi 4 görüşdən 3-də məğlub olub. O, öz qrupunda sonuncu - beşinci yeri tutub. İdmançımız bu nəticə ilə qrupda qalaraq Tokio-2020-də mübarizəni dayandırıb. 
 

Karateçimiz Tokio-2020-də mübarizəni dayandırdı  Karateçimiz Tokio-2020-də mübarizəni dayandırdı  Karateçimiz Tokio-2020-də mübarizəni dayandırdı  Karateçimiz Tokio-2020-də mübarizəni dayandırdı  Karateçimiz Tokio-2020-də mübarizəni dayandırdı  Karateçimiz Tokio-2020-də mübarizəni dayandırdı  Karateçimiz Tokio-2020-də mübarizəni dayandırdı  Karateçimiz Tokio-2020-də mübarizəni dayandırdı