Qrossmeysterimiz mübarizəni dayandırdı

Qrossmeysterimiz mübarizəni dayandırdı

Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarovun dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn şahmat seriyasının səkkizinci turnirində - “Chessable Masters"də mübarizəni dayandırıb. Qrossmeysterimiz 1/4 finalda ermənistanlı Levon Aronyana məğlub olub. 
Xatırladaq ki, “Champions Chess Tour” onlayn şahmat seriyası ümumilikdə 10 turnirdən ibarətdir və bu ilin sentyabrında başa çatacaq. Seriyanın ümumi mükafat fondu isə 1 milyon 600 min ABŞ dolları təşkil edir.