Rafael Ağayev olimpiadaya qələbə ilə başladı - FOTO

Rafael Ağayev olimpiadaya qələbə ilə başladı - FOTO

Bu gün Tokio Olimpiadasında karate yarışlarının ikinci gününə start verilib. Planetin ən güclü karateçiləri arasında Azərbaycan idmançısı Rafael Ağayev də mübarizəyə başlayıb. 75 kq çəki dərəcəsində gücünü sınayan “karatenin briliantı” püşkə əsasən olimpiadada B qrupunda mübarizə aparıb. İdmançımız ilk görüşünü Almaniya təmsilçisi Noa Biçə qarşı keçirib. Rafael Ağayev gərgin keçən görüşdə rəqibinə 2:1 hesabı ilə qalib gəlib. O, qrupda növbəti görüşünü avstraliyalı Çuneari Yahiroya qarşı keçirəcək. Qaydalara əsasən A və B qruplarında ilk iki yeri tutan idmançılar yarımfinala vəsiqə qazanacaqlar. Yarımfinala vəsiqə əldə edən idmançılar isə ən azı bürünc medalı özləri üçün təmin edəcəklər. 
 

Rafael Ağayev olimpiadaya qələbə ilə başladı - FOTO Rafael Ağayev olimpiadaya qələbə ilə başladı - FOTO Rafael Ağayev olimpiadaya qələbə ilə başladı - FOTO