Tokio-2020 XVI Yay Paralimpiya Oyunlarının açılış mərasimində Azərbaycan komandasının bayraqdarı müəyyənləşib. Bu ikiqat Paralimpiya çempionu İlham Zəkiyevdir. Bu barədə məlumatı Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) prezidenti İlqar Rəhimov bu gün təşkil olunan mətbuat konfransında deyib. Paralimpiya Oyunlarının açılış mərasimində 30 nəfərlik heyətlə təmsil olunacaqlarını deyən İlqar Rəhimov milli komandamızın üzvlərinin nümayəndə heyəti ilə birlikdə avqustun 10-dan Tokioya yola düşməyə başlayacaqlarını da bildirib.
Qeyd edək ki, Tokio-2020 Yay Paralimpiya Oyunları avqustun 25-dən sentyabrın 6-dək təşkil olunacaq.
Tokio Paralimpiya Oyunlarının açılış mərasimində komandamızın bayraqdarı İlham Zəkiyev olacaq