Rafael Ağayevdən növbəti qələbə 

Rafael Ağayevdən növbəti qələbə 

Tokio-2020 Yay Olimpiya Oyunlarında karate yarışları davam edir. Komandamızı Oyunlarda təmsil edən Rafael Ağayev B qrupunda ikinci görüşünü keçirib. Təmsilçimiz avstraliyanı təmsil edən yapon əsilli Suneri Yahiro üzərində 5:0 hesablı inamlı qələbə qazanıb. Hazırda Rafael Ağayevə yarımfinala yüksəlmək üçün 1 qələbə kifayət edir. 
Qeyd edək ki, yarımfinala vəsiqə qazanan idmançı ən azı bürünc medalı özü üçün təmin edəcək.