Rafael Ağayev Tokio-2020-nin yarımfinalında 

Rafael Ağayev Tokio-2020-nin yarımfinalında 

Tokio-2020 Yay Olimpiya Oyunlarında karate yarışları davam edir. Oyunlarda ölkəmizi 75 kq çəki dərəcəsində təmsil edən karateçimiz Rafael Ağayev üçüncü görüşünü keçirib. 5 qat dünya çempionumuz üçüncü qarşılaşmasında qazaxıstanlı Nurqanad Ajikanovla qarşılaşıb. Görüşdə rəqibinə 3:2 hesabı ilə qalib gələn Rafael yarımfinala vəsiqəni rəsmiləşdirib. O, həmçinin bu qələbə ilə bürünc medalı da özü üçün təmin edib.
36 yaşlı idmançımız qrupun son görüşündə italiyalı Luici Busa ilə qarşılaşacaq.