Karateçimiz qrupun son görüşündə məğlub oldu

Karateçimiz qrupun son görüşündə məğlub oldu

Tokio Olimpiadasında karate yarışlarının ikinci günü davam edir. Oyunlarda mübarizə aparan 5 qat dünya, 11 qat Avropa çempionumuz Rafael Ağayev (75 kq) qrupda sonuncu görüşünə çıxıb. Karatenin briliyantı bu görüşdə italiyalı Luici Busa ilə qarşılaşıb. Bundan əvvəl yarımfinala vəsiqəni təmin edən karateçimiz son görüşdə rəqibinə 1:3 hesabı ilə məğlub olub. Beləliklə, qrupda keçirdiyi dörd görüşdən üçünü qələbə ilə başa vurub, birində məğlub olan karateçimiz qrupda altı xalla ikinci yeri tutub. İdmançımız bu məğlubiyyətə baxmayaraq qrupda ikinci yeri tutaraq yarımfinala vəsiqəni rəsmiləşdirib. Rafael həmçinin ən azı bürünc medalı da özü üçün təmin edib.  Karateçimiz yarımfinalda A qrupunun lideri macarıstanlı Qabor Harşpataki ilə qarşılaşacaq. Təmsilçimiz yarımfinal görüşünə bu gün Bakı vaxtı ilə saat 15:22-də çıxacaq.