Karateçimizin medal təəssüratları - VİDEO

Karateçimizin medal təəssüratları - VİDEO

Bu gün Azərbaycan komandası Tokio-2020 Yay Olimpiya Oyunlarında ilk gümüş medalını qazanıb. Komandamıza bu medalı karate yarışlarında 75 kq çəki dərəcəsində çıxış edən 5 qat dünya, 11 qat Avropa çempionumuz Rafael Ağayev qazandırıb. Həlledici görüşdə italiyalı Luici Busaya məğlub olan Rafael medal kolleksiyasına Olimpiya Oyunlarının gümüş medalını əlavə edib. “Karatenin briliyantı” yarışlardan sonra olimpiyadunyasi.com və olimpnews.az saytı ilə qələbə sevincini bölüşüb. Həmin görüntüləri sizə təqim edirk.