Tokio-2020 Yay Olimpiya Oyunları çərçivəsində keçirilən karate yarışları davam edir. Bu gün təşkil olunan karate yarışlarının üçüncü günündə Azərbaycanın daha bir idmançısı dünya çempionumuz İrina Zaretska mübarizəyə başlayıb. +61 kq çəki dərəcəsində çıxış edən idmançımız püşkə əsasən A qrupunda yer alıb. Karateçimiz ilk görüşünü yaponiyalı Ayumi Uekusya qarşı kecirib. Görüş dünya çempionumuzun qələbəsi ilə başa çatıb -4:1.
İdmançımızın qrupdakı növbəti rəqibi italiyalı Silviya Semeraroya olacaq.
Qeyd edək ki, qrupda ilk 2 yeri tutan idmançı yarımfinala vəsiqəni rəsmiləşirməklə yanaşı, bürünc medalı da özü üçün təmin edəcək.