Tokio-2020: Karateçimizdən növbəti qələbə - FOTO

Tokio-2020: Karateçimizdən növbəti qələbə - FOTO

Tokio Olimpiadası çərçivəsində keçirilən karate yarışları davam edir. Oyunların 16-cı günündə mübarizə aparan karateçimiz İrina Zaretska (+61 kq) Tokio-2020-də ikinci görüşünə çıxıb. A qrupunda yer alan dünya çempionumuz ikinci görüşündə Silviya Semeraro (İtaliya) ilə qarşılaşıb. Gərgin keçən mübarizədə karateçimiz rəqibini 3:2 hesabı ilə qalib gələrək qrupdan çıxmaq şanslarını bir qədər də artırıb. Karateçimiz qrupda üçüncü görüşünü qazaxıstanlı Sofya Berultsevaya qarşı keçirəcək. 
Qeyd edək ki, qrupda ilk 2 yeri tutan karateçilər yarımfinala vəsiqə qazanmaqla yanaşı, ən azı bürünc medalı da özləri üçün təmin edəcəklər. 

Tokio-2020: Karateçimizdən növbəti qələbə - FOTO Tokio-2020: Karateçimizdən növbəti qələbə - FOTO Tokio-2020: Karateçimizdən növbəti qələbə - FOTO