Tokio-2020: Karateçimiz qazaxıstanlı rəqibi ilə bacarmadı 

Tokio-2020: Karateçimiz qazaxıstanlı rəqibi ilə bacarmadı 

Tokio Olimpiadasının karate yarışlarında mübarizə aparan idmançımız İrina Zaretska (+61 kq) A qrupunda növbəti görüşünü keçirib. Dünya çempionumuz üçüncü görüşündə Qazaxıstanı təmsil edən Sofya Berultseva ilə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüşdə idmançımız rəqibinə 4:5 hesabı ilə məğlub olub.  
Qeyd edək ki, İrina Zaretska A qrupunda keçirdiyi ilk iki görüşdə yaponiyalı Ayumi Uekusa və italiyalı Silviya Semeraroya qalib gəlib. 
İdmançımızın qrupda son görüşü türkiyəli Meltem Akyol Hocaoğluna qarşı olacaq. 
Məlumat üçün qeyd edək ki, qrupda ilk iki yeri tutan idmançılar yarımfinala vəsiqə qazanmaqla yanaşı, ən azı bürünc medalı da özləri üçün təmin edəcəklər.