Rusiyanın Orenburq şəhərində cüdo üzrə Avropa kuboku yarışı keçirilir. 14 ölkədən 200-ə yaxın cüdoçunun iştirak etdiyi yarışda Azərbaycan idmançıları da qüvvələrini sınayırlar. İki gün davam edəcək yarışda komandamızın heyətində Əhməd Yusifov, Rövşən Əliyev, (hər ikisi 60 kq), Yaşar Nəcəfov, Elçin Hüseynov (hər ikisi 66 kq), Nurlan Osmanov (73 kq), Adil Kərimli (100 kq), İmran Yusifov və Camal Feyziev də (+100 kq) mübarizə aparırlar.
Yarışın birinci günündə təmsilçilərimizdən Nurlan Osmanov mükafatçılar sırasında yer alıb. Finala qədər inamla irəliləyən cüdoçumuz həlledici görüşdə qazaxıstanlı Askar Narkulova məğlub olaraq gümüş medala sahib çıxıb.
Cüdoçumuz Avropa kubokunun gümüş medalına sahib çıxdı