Rusiyanın Orenburq şəhərində cüdo üzrə Avropa kuboku keçirilib. 14 ölkədən 200-ə yaxın cüdoçunun iştirak etdiyi yarışda Azərbaycan idmançıları da qüvvələrini sınayıblar. İki gün davam edən yarışda komandamız 8 cüdoçu ilə təmsil olunub. Cüdoçularımız turniri 1 gümüş və 1 bürünc medalla başa vurublar. Komandamıza gümüş medalı 73 kq çəki dərəcəsində çıxış edən Nurlan Osmanov qazandırıb. +100 kq çəki dərəcəsində qüvvəsini sınayan İmran Yusifov isə bürünc medala sahib çıxıb.
Avropa kuboku iki medalla yadda qaldı