Yeniyetmə şahmatçılar arasında dünya kuboku yarışları davam edir. 10-12-14-16-18 yaşlı yeniyetmələr arasında rapid üzrə onlayn dünya kuboku yarışlarında ölkəmizi müxtəlif yaş qruplarında 29 zəka sahibi təmsil edir. On iki yaşlıların 10 turdan ibarət seçmə yarışında təmsilçimiz Cahandar Azadəliyev maksimum xalla birinci yeri tutub. Bununla da şahmatçımız dünya kuboku yarışının final mərhələsinə vəsiqə qazanıb.
Artıq 10 yaşlı oğlanlar və 18 yaşlı qızlar arasında seçmə yarışları yekunlaşıb. On turdan sonra 10 yaşlı oğlanların yarışında Azərbaycan şahmatçısı Xaqan Əhməd 9 xalla birinci yeri tutub.
On səkkiz yaşlı qızlar arasında keçirilən seçmə yarışda isə şahmatçılarımızdan Ayan Allahverdiyeva 7,5 xalla 3-cü, Gövhər Beydullayeva 7 xalla 7-ci pillədə qərarlaşıblar.
Qeyd edək ki, seçmə mərhələdə hər yaş qrupunda ilk 10 yerin sahibi final mərhələsinə vəsiqə qazanır.
Avqustun 26-dan 31-dək dünya kuboku yarışlarının final mərhələsi keçiriləcək.