Azərbaycan Milli Olimpiya komandası üzvlərinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında

Azərbaycan Milli Olimpiya komandası üzvlərinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
 


XXXII Tokio Yay Olimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə Azərbaycan idmançılarının aşağıda adları çəkilən məşqçiləri “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsinlər:

Abdullayev Namiq Yədulla oğlu

Bəşirov Yaşar Eyyub oğlu

Məmmədov Rəşad Nizami oğlu

Morozov Denis Valeryeviç

Tağıyev Qurban Vaqif oğlu.



İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 avqust 2021-ci il