Zəka sahiblərimizdən uğurlu başlanğıc

Zəka sahiblərimizdən uğurlu başlanğıc

Özbəkistanın paytaxtı Daşkənddə şahmat üzrə Aqzamov memorialının birinci turunun oyunları keçirilib. Yarışın güclü A turnirində Azərbaycanın 3 şahmatçısı - Misrətdin İsgəndərov, Məhəmməd Muradlı və Vüqar Rəsulov iştirak edir.
Şahmatçılarımızdan 2-si yarışa qələbə ilə başlayıb. Belə ki, M.Muradlı Qayrat Halilov, V.Rəsulov Umida Omonovu məğlub edib. Digər təmsilçimiz M.İsgəndərov isə Muxiddin Madaminova uduzub.
Yarış avqustun 22-dək davam edəcək.