Latviyanın paytaxtı Riqada keçirilən cüdo üzrə Avropa birinciliyi sona yaxınlaşır. Qitə birinciliyinin sonuncu günündə iki cüdoçumuz tatami üzərinə çıxacaq. Belə ki, İsmayıl Zamanov (81 kq) Yunus Nurkoviç (Monteneqro), Əlirza Şıxəlizadə (90 kq) Litva təmsilçisi Kirill Volkovla üz -üzə gələcəklər.
Mötəbər yarışın birinci günü Azərbaycan milli komandası 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb. Təmsilçilərimiz Xəyal Həsənov (50 kq), İslam Rəhimov (55 kq) və Aydan Vəliyeva (48 kq) Avropa çempionu olublar. Aydın Rzayev (60 kq) gümüş, Babarəhim Mirzəyev (50 kq) və Zahir Ağazadə (60 kq) bürünc medal qazanıblar.
Bu gün başa çatacaq nüfuzlu yarışda 37 ölkənin komandası mübarizə aparır. Milli komandamız Avropa birinciliyinə 14 cüdoçu (10 oğlan, 4 qız) ilə qatılıb.
Bu gün son iki cüdoçumuz Avropa birinciliyində mübarizəyə başlayır