Tokio-2020: Azərbaycanın bayraqdarı dəyişdirilib, İlham Zəkiyev karantinə alınıb
Tokio-2020 Yay Paralimpiya Oyunlarında açılış mərasimində iştirak edəcək Azərbaycan komandasının bayraqdarı dəyişdirilib.
Bu barədə "Report"a Milli Paralimpiya Komitəsindən məlumat verilib.
Bildirilib ki, paracüdoçu Ramil Qasımovun koronavirus testi müsbət çıxıb. Onunla yaxın təmasda olan cüdo komandasının digər 11 üzvündə PCR test nümunəsi neqativ olsa da, onlar da karantinə alınıb.
Cüdoçulardan gündəlik test nümunələri götürüləcək. Həmin idmançıların açılış mərasimində iştirakına icazə verilməyib. Onların arasında ikiqat paralimpiya çempionu İlham Zəkiyev var. Bu səbəbdən açılış mərasiminin bayraqdarı Pekin Paralimpiya Oyunlarının qalibi Oloxan Musayev olacaq.
Tokio-2020: Azərbaycanın bayraqdarı dəyişdirilib, İlham Zəkiyev karantinə alınıb