Fransalı atlet Saşa Joya yeniyetmələr arasında 110 metr məsafəyə maneələrlə qaçış yarışlarında dünya rekordu müəyyənləşdirib. Atlet bu uğura Keniyanın paytaxtı Nayrobidə təşkil olunan dünya çempionatında nail olub. S.Joya məsafəni 12,72 saniyəyə qət edib. Böyüklər arasında dünya rekordu ABŞ idmançısı Aris Merrittə məxsusdur. Atlet məsafəni 12,80 saniyəyə qət etməklə rekorda imza atıb. S.Joyanın rekordu böyüklər kateqoriyası üzrə qəbul olunmayıb. Buna səbəb yeniyetmələr və böyüklər arasında yarışlarda maneələrin hündürlüyünün fərqli olmasıdır. Xatıraldaq ki, fransali atlet bu il Estoniyada keçirilən Avropa çempionatının da qalibi olub.
Yeniyetmələr arasında yeni dünya rekordu