İspaniyalı məşhur tennisçi Rafael Nadal 2021-ci ildə heç bir yarışda iştirak etməyəcək. 35 yaşlı idmançı bu barədə rəsmi tvitter hesabında bildirib. O, ayağından aldığı zədə səbəbindən mövsümü başa vurduğunu yazıb. Qeyd edək ki, Rafael Nadal bu il Tokio-2020 Yay Olimpiya Oyunları və "Uimbldon" turnirində də iştirak etməyib.