AMPK-nın prezidenti Atletlər kəndində idmançılarla görüşüb - FOTO

AMPK-nın prezidenti Atletlər kəndində idmançılarla görüşüb - FOTO

Azərbaycan Milli Paralimpiya Komitəsinin (MPK) prezidenti İlqar Rəhimov və komitənin baş katibi Kamal Məmmədov bu gün Tokioda yerləşən atletlər kəndinə gələrək idmançılarla görüşüblər.
AMPK-dan “Olimpiya dünyası” qəzetinə verilən məlumata görə, görüş zamanı İlqar Rəhimov idmançılar üçün yaradılmış şəraitlə tanış olub, onların fiziki və psixoloji vəziyyətləri ilə maraqlanıb. Komitə rəhbərliyi idmançılara qarşıdan gələn yarışlarda uğurlar arzulayıb.
Qeyd edək ki, Tokio 2020 XV Yay Paralimpiya Oyunları avqustun 24-də başlayacaq, sentyabrın 5-də başa çatacaq.

AMPK-nın prezidenti Atletlər kəndində idmançılarla görüşüb - FOTO AMPK-nın prezidenti Atletlər kəndində idmançılarla görüşüb - FOTO AMPK-nın prezidenti Atletlər kəndində idmançılarla görüşüb - FOTO AMPK-nın prezidenti Atletlər kəndində idmançılarla görüşüb - FOTO AMPK-nın prezidenti Atletlər kəndində idmançılarla görüşüb - FOTO