Paralimpiyaçılarımızaçılış mərasimindəki paradda 4-cü keçəcək

Paralimpiyaçılarımızaçılış mərasimindəki paradda 4-cü keçəcək

Azərbaycan nümayəndə heyəti Tokio-2020 Yay Paralimpiya Oyunlarının açılış mərasimindəki paradda 4-cü keçəcək. Tədbirdə 19 nəfər iştirak edəcək. Onlardan 13-ü idmançı, 6-sı isə nümayəndə heyətinin üzvüdür. Azərbaycan bayrağını para-atlet Oloxan Musayev daşıyacaq.

Qeyd edək ki, bu gün keçiriləcək açılış mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Tədbir azarkeşsiz keçiriləcək. Tokio paralimpiadasına sentyabrın 5-də yekun vurulacaq.