Tokio-2020 XV Yay Paralimpiya Oyunları davam edir. Oyunların ikinci günündə - avqustun 26-da Azərbaycanın 1 idmançısı mübarizə aparacaq. Yarış günündə pouerliftinqçimiz Pərvin Məmmədov (49 kq) mükafatçılar sırasına düşməyə çalışacaq.
Tokio-2020-də ölkəmizi idmanın 6 növündə 47 kateqoriya üzrə rekord sayda - 36 idmançı təmsil edəcək. Atletlərimizin 24-ü kişi və 12-si qadındır.
XVI Yay Paralimpiya Oyunları sentyabrın 5-dək davam edəcək.