Azərbaycan komandası Tokio-2020 Yay Paralimpiya Oyunlarında ilk medalını qazanıb. Oyunların ikinci günündə - avqustun 26-da pauerliftinqçimiz Pərvin Məmmədov nübarizəyə başlayıb. Yarışda 49 kq çəki dərəcəsində mübarizə aparan paralimpiyaçımız 156 kiloqramlıq nəticə göstərib və bürünc medala layiq görülüb.
Yarışın qalibi iordaniyalı idmançı Omar Sami Hamadeh Qarada olub. İkinci yerə isə vyetnamlı Conq Le Van sahib çıxıb.
Qeyd edək ki, Tokio-2020-də ölkəmizi idmanın 6 növündə 47 kateqoriya üzrə rekord sayda - 36 idmançı təmsil edir.