Azərbaycan Tokio-2020 Yay Paralimpiya Oyunlarında 15-ci medalını qazandı

Azərbaycan Tokio-2020 Yay Paralimpiya Oyunlarında 15-ci medalını qazandı

Tokio-2020 Yay Paralimpiya Oyunları davam edir. Komandamız bu gün Oyunlarda növbəti medalını qazanıb. Paralimpiya komandamıza medalı para-atlet Lamiyə Vəliyeva qazandırıb. o, 100 metr məsafəyə qaçışda gümüş medala sahib olub. L.Vəliyeva məsafəni 11,99 saniyəyə qət edib. Bu, Azərbaycanın paralimpiadada qazandığı ilk gümüş medaldır. Bununla da komandamızın Tokio-2020 Yay Paralimpiya Oyunlarında qazandığı medalların sayı 15-ə çatıb.

Digər para-atletlərdən Yuliya Yanovskaya 12,30 saniyə ilə 4-cü, Yelena Çebanu isə 12,41 saniyə ilə 7-ci olub.