Tokio Yay Paralimpiya Oyunlarında sonuncu idmançılamız mübarizəyə başlayırlar
 

Tokio Yay Paralimpiya Oyunlarında sonuncu idmançılamız mübarizəyə başlayırlar  

Tokio-2020 Yay Paralimpiya Oyunları sona yaxınlaşır. Paralimpiadanın 11-ci günündə - sentyabrın 4-də Azərbaycanın 5 idmançısı mübarizə aparacaq. Yarış günündə idmançılarımızdan 2-si güllə atıcılığı, 3-ü isə para-atletika yarışlarında güclərini sınayacaqlar.
Para-atletlərimiz Yuliya Yanovskaya və Lamiyə Vəliyeva 400 metr məsafəyə qaçış yarışının final mərhələsində bacarıqlarını sərgiləyəcəklər. Digər təmsilçimiz Orxan Aslanov isə uzunluğa tullanma yarışlarında çıxış edəcək.
Güllə atıcılarımız Yelena Taranova və Kamran Zeynalov 50 metr məsafəyə atəşaçma yarışlarında mübarizə aparacaqlar.
Azərbaycan komandasının hesabında 17 medal var. Bunlardan 12-si qızıl, 1-i gümüş və 4-ü isə bürünc medaldır.