Tokio-2020: Atletimiz paralimpiya rekordunu müəyyənləşdirərək qızıl medala sahib çıxdı  

Tokio-2020: Atletimiz paralimpiya rekordunu müəyyənləşdirərək qızıl medala sahib çıxdı  

Tokio-2020 Yay Paralimpiya Oyunları sona yaxınlaşır.   Paralimpiadanın 11-ci günündə Azərbaycan komandası 13-cü qızıl medalını qazanıb. Komandamıza qızıl medalı 400 metr məsafəyə qaçış yarışlarında Lamiyə Vəliyeva qazndırıb. O, bütün rəqiblərini qabaqlamağı bacarıb. Məsafəni 55 saniyəyə qət edən təmsilçimiz, həmçinin Paralimpiya rekordu müəyyənləşdirib.
Digər idmançımız Yuliya Yanovskaya isə yarışı beşinci pillədə tamamlayıb.
Daha əvvəl L.Vəliyeva 100 metr məsafəyə qaçış yarışında gümüş medala sahib olmuşdu.