Azərbaycan Tokio-2020 Yay Paralimpiya Oyunlarında  14-cü qızıl medalını qazandı

Azərbaycan Tokio-2020 Yay Paralimpiya Oyunlarında  14-cü qızıl medalını qazandı

Tokio-2020 XVI Yay Paralimpiya Oyunları sona yaxınlaşır. Oyunların 11-ci günündə para-atletimiz Orxan Aslanov Azərbaycana 14-cü qızıl medalı qazandırıb. Uzunluğa tullanma yarışında mübarizə aparan paralimpiyaçımız 7,36 metrlik nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Azərbaycan komandasının hesabında 19 medal var. Bunlardan 14-ü qızıl, 1-i gümüş və 4-ü isə bürünc medaldır.

XVI Yay Paralimpiya Oyunları sentyabrın 5-dək davam edəcək.