Tokio-2020: Paralimpiya komandamız günü bir medalla başa vurdular

Tokio-2020: Paralimpiya komandamız günü bir medalla başa vurdular

Azərbaycanın 4 paralimpiyaçısı Tokio-2020 Yay Paralimpiya Oyunlarında mübarizə aparıb.
Onlardan biri para-taekvondoçu, biri para-atlet, ikisi isə üzgüçü olub.
Para-taekvondoçu Əbülfəz Abuzərli (75 kq) təsəlliverici görüşdə uduzaraq, mübarizəni dayandırıb.
Para-üzgüçülər Vəli İsrafilov və Roman Saley 100 metr məsafəyə batterflay üsulu ilə üzmədə qüvvəsini sınayıb. Finala vəsiqə qazanan R.Saley yekunda 57.81 saniyəlik nəticə göstərərək, özünün 3-cü, Azərbaycan komandasının isə 12-ci qızıl medalını qazanıb. O, daha əvvəl 100 metr məsafəyə sərbəst üsulla və arxası üstə üzmədə birinci yeri tutub. İsrafilov isə finala adlaya bilməyib.
Para-atlet Samir Nəbiyev isə nüvə itələmə növündə 7-ci olub. O, 13.12 metr nəticə göstərib.
Qeyd edək ki, aktivində 12 qızıl, 1 gümüş və 4 bürünc medalı olan Azərbaycan komandası medal sıralamasında 10-cu pillədə qərarlaşıb.