Tayboksçularımız I MDB Oyunlarında iki bürünc medal qazandılar

Tayboksçularımız I MDB Oyunlarında iki bürünc medal qazandılar

Rusiyanın Kazan şəhərində keçirilən birinci MDB Oyunları davam edir. Oyunlarda uğurla çıxış edən idmançılarımız komandamızın aktivinə növbəti medalları yazdırıblar. Medallara tayboksçularımız sahib çıxıb. Belə ki, Əli Əliyev (60 kq) və Məhər Əsədzadə (63,5 kq) çəki dərəcələrində üçüncü yeri tutub.

Bununla da Azərbaycan komandası birinci MDB Oyunlarında qazandığı medalların sayını 34-ə çatdırıb. Medallardan 11-i qızıl, 6-sı gümüş, 17-si bürüncdür.