Birinci MDB Oyunları: Azərbaycan idmançıları bu gün 4 idman növündə təmsil olunacaq

Birinci MDB Oyunları: Azərbaycan idmançıları bu gün 4 idman növündə təmsil olunacaq

Rusiyanın Kazan şəhərində keçirilən birinci MDB Oyunları davam edir. Bu gün Azərbaycan təmsilçiləri 4 idman növü üzrə mübarizə aparacaqlar. Stolüstü tennisçilərlə badmintonçular qoşa və fərdi çıxışlar edəcəklər. İlk turda Belarusa 0:6 hesabı ilə uduzan futzal yığması bu dəfə Qırğızıstanla üz-üzə gələcək.
Cüdoçular isə bu gündən mübarizəyə qoşulacaqlar. Cüdo yarışlarında oğlanların yarışında 9 nəfər iştirak edəcək. Qızlar arasında isə 7 nəfər tatami üzərinə çıxacaq.
Qeyd edək ki, hazırda Azərbaycan komandasının aktivində 39 (11 qızıl, 9 gümüş və 19 bürünc) medal var.