Karateçimiz MDB Oyunlarının finalında

Karateçimiz MDB Oyunlarının finalında

Rusiaynın Kazan şəhərində keçirilən birinci MDB Oyunları davam edir. Oyunların karate yarışlarında Azərbaycan təmsilçisi Əminağa Quliyev ilk görüşündə ermənistanlı idmançı ilə qarşılaşıb. 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/8 final mərhələsində Ermənistan təmsilçisi Geqam Nikoqosyan ilə üz-üzə gəlib. Rəqibinə qalib gələn Ə.Quliyev 1/4 finala yüksəlib.

Bu mərhələdə qırğızıstanlı Alişer Sayakbayevdən güclü olan idmançımız yarımfinalda rusiyalı Georgi Burtsevə qalib gələrək finala vəsiqə qazanıb.

Komandamızın digər üzvü Nuran Rzazadə (67 kq) də mübarizəyə 1/8 final mərhələsindən başlayıb. İdmançımız ilk görüşdə Ermənistan təmsilçisi David Davtyanla qarşılaşıb. Rəqibinə qalib gələn N.Rzazadə 1/4 finala yüksəlib.