İngiltərənin "Mançester Yunayted" və "Tottenhem", Almaniyanın "Bayer" (Leverkuzen) klubunun sabiq futbolçusu Dimitar Berbatov Bolqarıstan Futbol Federasiyasının prezidenti vəzifəsinə namizəd olub. "Bulgarian Football" nəşrinin yaydığı xəbərdə bildirilir ki, 40 yaşlı keçmiş futbbolçunu "MOİK-Sofiya" daxil olmaqla, bir neçə yüksək liqa təmsilçisi dəstəkləyib.
Federasiyanın hazırkı rəhbəri Borislav Mixaylov da bu vəzifəyə yenidən namizəd olacaq. Seçkilər oktyabrın 12-də gerçəkləşəcək.
Qeyd edək ki, Dimitar Berbatov iki dəfə İngiltərə çempionluğu, Liqa Kuboku və ölkə Superkubokunu qazanıb.