Bu gün Beynəlxalq Müəllimlər günüdür

Bu gün Beynəlxalq Müəllimlər günüdür

Oktyabrın 5-i bütün dünyada Beynəlxalq Müəllimlər Günü kimi qeyd olunur.  Bu əlamətdar gün 1966-cı ildə YUNESKO və Beynəlxalq Əmək Təşkilatı tərəfindən müəllimlərin statusunun artırılması barədə tövsiyə xarakterli sənədin qəbulunun ildönümünün qeyd olunması ilə əlaqədar UNESCO-nun qərarı ilə 5 oktyabr 1994-cü ildən  keçirilir. Tövsiyə müəllimlərin hüquq və vəzifələri ilə bağlı meyarları, habelə onların ilkin hazırlığı və sonrakı təhsilinin, işə götürülməsinin, işə yerləşdirilməsinin, tədris və təhsil şəraitinin standartlarını müəyyən edir.  Beynəlxalq Müəllimlər Günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır.