İspaniyalı tennisçi Rafael Nadala Balear adaları Milli Polisi tərəfindən medal təqdim olunub. Səbəb kimi dünya şöhrətli ulduzun pandemiya dövründə koronavirusla mübarizədə apardığı təbliğatda fəal iştirakı göstərilir. Qeyd edək ki, ATP reytinqində top 10-luqda olan ispaniyalı raketçi koronavirus səbəbindən Tokio Yay Olimpiya Oyunlarında iştirakdan imtina edib.